İordaniyada daşqınlar zamanı 12 nəfər həlak olub

İordaniyada daşqınlar zamanı 12 nəfər həlak olub Bakı. 11 noyabr. REPORT.AZ/ İordaniyada leysan yağışların səbəb olduğu daşqınlar 12 nəfərin həyatına son qoyub.
Digər ölkələr
11 Noyabr , 2018 03:51
İordaniyada daşqınlar zamanı 12 nəfər həlak olub

Bakı. 11 noyabr. REPORT.AZ/ İordaniyada leysan yağışların səbəb olduğu daşqınlar 12 nəfərin həyatına son qoyub.

Bu barədə "Report" AFP-ə istinadən xəbər verir.

Qeyd edilir ki, yağışlarla əlaqədar 4 minə yaxın insan ölkənin turistlər üçün populyar şəhəri olan Petranı tərk edib. İordaniya ordusu vertolyotları müvafiq orqanların axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün hazır vəziyyətə gətirib. 

Güclü leysan yağışları cümə günü baş verib.

Son xəbərlər

Orphus sistemi