İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma olub

İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma olub Toqquşma nəticəsində 12 fələstinli xəsarət alıb
Digər ölkələr
7 Oktyabr , 2017 06:42
İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma olub

Bakı. 7 oktyabr. REPORT.AZ/ İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma olub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Ramalla şəhərində, Ummuşşerait ərazisində baş verib. İsrail əsgərləri fələstinlilərə qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər. Toqquşma nəticəsində 12 fələstinli xəsarət alıb. Həmçinin 2 nəfər saxlanılıb.

Fələstinin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, təşkilatın əməkdaşları iki fələstinlini Ramalladakı tibb kompleksinə yerləşdiriblər. Digər 10 fələstinliyə isə hadisə yerində tibbi xidmət göstərilib.

Son xəbərlər

Orphus sistemi