İnterpol Türkiyəyə terror aktının araşdırılmasında dəstəyini təklif edib

İnterpol Türkiyəyə terror aktının araşdırılmasında dəstəyini təklif edib Beynəlxalq təşkilat terror aktını pisləyib
Digər ölkələr
1 Yanvar , 2017 19:16
İnterpol Türkiyəyə terror aktının araşdırılmasında dəstəyini təklif edib

Bakı. 1 yanvar. REPORT.AZ/ Cinayət polisi beynəlxalq təşkilatı (İnterpol) Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktını pisləyib və bu ölkənin hökumətinə faciənin araşdırılmasında dəstəyini təklif edib.

"Report" xəbər verir ki, bununla bağlı təşkilatın bəyanatında deyilir.

"İnterpol İstanbulda terrorçuların hücumunu pisləyir və Türkiyə hakimiyyətinə sözsüz dəstəyini təklif edir", - deyə təşkilatın "Twitter"dəki rəsmi hesabında yerləşdirilmiş bəyanatında deyilir.

Qeyd edək ki, Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub. Terror aktı nəticəsində 39 nəfər ölüb. Onların 16-sı xarici ölkə vətəndaşıdır.

Yerli vaxtla 01.15-də edilən silahlı hücum nəticəsində 69 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi