Yuxarı

İngiltərə alimlər üçün vizanı asanlaşdırmaq istəyir

​İngiltərə alimlər üçün vizanı asanlaşdırmaq istəyir

Böyük Britaniya ilin sonunda dünya alimləri üçün sadələşdirilmiş viza rejimini tətbiq etməyi planlaşdırır.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Boris Conson bildirib. Onun sözlərinə görə, asanlaşdırılan viza tələbləri Böyük Britaniyanın elm sahəsində super güc qazanmaq statusunu təmin etməsinə kömək edəcək.

Yenilik nəticəsində ölkəyə daha çox tədqiqatçı, elmi mütəxəssis, mühəndis və alimlərin gələcəyi gözlənilir. Boris Conson, İngiltərənin yenilik və ixtiraçı tarixi ilə fəxr etdiyini də vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi