İngiltərə alimlər üçün vizanı asanlaşdırmaq istəyir

İngiltərə alimlər üçün vizanı asanlaşdırmaq istəyir Böyük Britaniya ilin sonunda dünya alimləri üçün sadələşdirilmiş viza rejimini tətbiq etməyi planlaşdırır.
Digər ölkələr
9 Avqust , 2019 02:14
İngiltərə alimlər üçün vizanı asanlaşdırmaq istəyir

Böyük Britaniya ilin sonunda dünya alimləri üçün sadələşdirilmiş viza rejimini tətbiq etməyi planlaşdırır.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Boris Conson bildirib. Onun sözlərinə görə, asanlaşdırılan viza tələbləri Böyük Britaniyanın elm sahəsində super güc qazanmaq statusunu təmin etməsinə kömək edəcək.

Yenilik nəticəsində ölkəyə daha çox tədqiqatçı, elmi mütəxəssis, mühəndis və alimlərin gələcəyi gözlənilir. Boris Conson, İngiltərənin yenilik və ixtiraçı tarixi ilə fəxr etdiyini də vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi