Yuxarı

İndoneziyanın təhlükəsizlik nazirinə bıçaqla hücum edilib

​İndoneziyanın təhlükəsizlik nazirinə bıçaqla hücum edilib

İndoneziyanın siyasi işlər və təhlükəsizlik naziri Viranto Banten vilayətinə işgüzar səfəri zamanı naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb.

Bu barədə "Report" "The Jakarta Post"a istinadən xəbər verir.

Hücum nəticəsində nazir yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib. Hücum zamanı həmçinin yerli polis rəisi də yaralanıb.

Bildirilib ki, hücum nazirin yerli universitetin açılışında iştirak etməsindən sonra baş verib. Naməlum şəxs Viranto Banten maşına minən zaman ona hücum etməyə çalışıb.

Hücum faktı ilə əlaqədar artıq bir kişi və bir qadın həbs olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi