İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb

İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb Bakı. 29 dekabr. REPORT.AZ/ İndoneziyanın Sumatra və Yava adalarında sunami nəticəsində 431 nəfər ölüb, 7,2 min nəfər yaralanıb.
Digər ölkələr
29 Dekabr , 2018 19:16
İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb

Bakı. 29 dekabr. REPORT.AZ/ İndoneziyanın Sumatra və Yava adalarında sunami nəticəsində 431 nəfər ölüb, 7,2 min nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, təbii fəlakət nəticəsində 46 mindən çox yerli sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb, təqribən 1,5 min yaşayış obyekti tamamilə dağılıb.

Daha çox insan itkisi Yava adasının Banten əyalətində yerləşən Pandeqlanq və Seranq rayonlarında, həmçinin Sumatranın Lampunq əyalətində qeydə alınıb.

Daha əvvəl İndoneziyada məktəb binasının uçması nəticəsində 20 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi