İndoneziyada məktəb binasının uçması nəticəsində 20 nəfər ölüb

İndoneziyada məktəb binasının uçması nəticəsində 20 nəfər ölüb Bakı. 15 oktyabr. REPORT.AZ/ İndoneziyada ibtidai məktəb binasının bir hissəsi uçub.
Digər ölkələr
15 Oktyabr , 2018 06:44
İndoneziyada məktəb binasının uçması nəticəsində 20 nəfər ölüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ İndoneziyada ibtidai məktəb binasının bir hissəsi uçub.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, hadisə Şimali Sumatra əyalətində baş verib. Binanın uçmasına səbəb sel axınları olub. Hadisə nəticəsində 20 nəfər həlak olub. Qeyd edilir ki, onlardan ən azı 11-i şagirddir.

Bir neçə gün əvvəl İndoneziyanın Şərqi Yava əyalətində baş vermiş zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb

Son xəbərlər

Orphus sistemi