İndoneziyada kütləvi aksiyalarla bağlı saxlanlılanların sayı artır

İndoneziyada kütləvi aksiyalarla bağlı saxlanlılanların sayı artır İndoneziyada bu il aprelin 17-də keçirilmiş ümumi seçkilərin rəsmi nəticələri elan olunandan sonra paytaxt Cakartada başlayan kütləvi nümayişlər və iğtişaşlar zamanı saxlanılanların sayı 58-ə çatıb.
Digər ölkələr
22 May , 2019 12:55
İndoneziyada kütləvi aksiyalarla bağlı saxlanlılanların sayı artır
AFP 2019 / BAY ISMOYO

İndoneziyada bu il aprelin 17-də keçirilmiş ümumi seçkilərin rəsmi nəticələri elan olunandan sonra paytaxt Cakartada başlayan kütləvi nümayişlər və iğtişaşlar zamanı saxlanılanların sayı 58-ə çatıb.

“Report” “Jakarta Post”a istinadən xəbər verir ki, milli polis sözçüsü Məhəmməd İqbal saxlanılanların iğtişaşlara təhrikçilikdə şübhəli olduqlarını bildirib. 

Onun sözlərinə görə, ötən gün və bu gün Seçki Komissiyası binasının qarşısındakı toqquşmalar əvvəlcədən hazırlanıb: “İğtişaşlarda iştirak edənlərin əksəriyyətinin başqa şəhərlərdən gətirildiyi və pul aldıqlarına dair əlimizdə dəlilər var”.

Bundan əvvəl Cakartada polislə nümayişçilər arasındakı toqquşmalarda 6 nəfərin həlak olduğu bildirilmişdi.

Qeyd edək ki, 17 aprel ümumi seçkilər zamanı ölkə tarixində ilk dəfə prezident, vitse-prezident, Xalq Məşvərət Asambleyası və yerli idarəçilik orqanları üzvləri eyni gündə seçiliblər.

Son xəbərlər

Orphus sistemi