İndoneziyada daşqın qurbanlarının sayı 30-a çatıb

İndoneziyada daşqın qurbanlarının sayı 30-a çatıb Daha 22 yerli sakin itkin düşüb
Digər ölkələr
24 Sentyabr , 2016 05:38
İndoneziyada daşqın qurbanlarının sayı 30-a çatıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ İndoneziyanın Yava adasında daşqın qurbanlarının sayı 30-a çatıb.

"Report"un məlumatına görə, bu barədə "Antara" agentliyi Qərbi Yava vilayətinin Axtarış-Xilasetmə İdarəsinin rəsmi təmsilçisinə istinadən xəbər yayıb.

Agentliyin məlumatında bildirilir ki, təbii fəlakət zamanı daha 22 yerli sakin itkin düşüb.

"Otuz nəfərin meyiti tapılıb" – deyə İndoneziya xilasedicisi bildirib.

Qeyd edək ki, bundan əvvəl 26 nəfərin öldüyü, 23 nəfərin itkin düşdüyü bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi