Bakı. 24 sentyabr. REPORT.AZ/ İndoneziyanın Yava adasında daşqın qurbanlarının sayı 30-a çatıb.
"Report"un məlumatına görə, bu barədə "Antara" agentliyi Qərbi Yava vilayətinin Axtarış-Xilasetmə İdarəsinin rəsmi təmsilçisinə istinadən xəbər yayıb.
Agentliyin məlumatında bildirilir ki, təbii fəlakət zamanı daha 22 yerli sakin itkin düşüb.
"Otuz nəfərin meyiti tapılıb" – deyə İndoneziya xilasedicisi bildirib.
Qeyd edək ki, bundan əvvəl 26 nəfərin öldüyü, 23 nəfərin itkin düşdüyü bildirilirdi.