İndoneziya sahillərində 5,6 maqnituda zəlzələ baş verib

İndoneziya sahillərində 5,6 maqnituda zəlzələ baş verib Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
7 Dekabr , 2017 06:56
İndoneziya sahillərində 5,6 maqnituda zəlzələ baş verib

Bakı. 7 dekabr. REPORT.AZ/ İndoneziya sahillərində 5,6 maqnituda zəlzələ baş verib.

“Report” xəbər verir ki, yeraltı təkanlar respublikanın ən iri adalarından biri olan Sulavesi yaxınlığında qeydə alınıb.

Zəlzələ mərkəzdə titrəyişlərin intensivliyinə görə "olduqca güclü" kimi qiymətləndirilir.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi