​İndoneziya prezidenti: "Terrorçular bizə qalib gələ bilməyəcək"

​İndoneziya prezidenti: "Terrorçular bizə qalib gələ bilməyəcək" Cakartada törədilən terror aktları nəticəsində biri polis zabiti olmaqla 6 nəfər həlak olub
Digər ölkələr
14 Yanvar , 2016 11:50
​İndoneziya prezidenti: Terrorçular bizə qalib gələ bilməyəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ "Terrorçular bizə qalib gələ bilməyəcək".

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu İndoneziya prezidenti Coko Vidodo yanvarın 14-də ölkə paytaxtı Cakartada törədilən terror aktlarına münasibət bildirərkən deyib.

Dövlət başçısı əhalini sakitliyə çağırıb: "Millətimiz və xalqımız qorxmamalıdır. Ümid edirəm ki, ictimaiyyət soyuqanlığını qoruyacaq. Hadisə nəticəsində həyatını itirənlərin olmasına təəssüf edirik". 

Məlumata görə, Cakartada törədilən partlayışlarda terrorçular qumbaradan istifadə ediblər. Şəhərin 6 müxtəlif hissəsində, o cümlədən daha nüfuzlu mehmanxanaların, səfirliklərin və ofis binalarının yerləşdiyi ərazidə partlayış törədilib.

Terroru 10-14 silahlı və terrorçu-kamikadzenin törətdiyi bildirilib.

Terror aktları nəticəsində biri polis zabiti olmaqla 6 nəfər həlak olub. 

Son xəbərlər

Orphus sistemi