İdlibdə yaşayış binasında yanğın baş verib, 28 nəfər ölüb

İdlibdə yaşayış binasında yanğın baş verib, 28 nəfər ölüb Azı 135 nəfər yaralanıb
Digər ölkələr
10 Aprel , 2018 14:48
İdlibdə yaşayış binasında yanğın baş verib, 28 nəfər ölüb

Bakı. 10 aprel. REPORT.AZ/ Suriya İdlib şəhərində yeddimərtəbəli yaşayış binasında partlayış baş verib, azı 28 nəfər ölüb, 135 nəfər yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İdlibin Mülki Müdafiə İdarəsinin rəhbəri Hacı Yusuf məlumat verib.

Onun sözlərinə görə, dünən baş vermiş partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Yaralıların vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi