Bakı. 10 aprel. REPORT.AZ/ Suriya İdlib şəhərində yeddimərtəbəli yaşayış binasında partlayış baş verib, azı 28 nəfər ölüb, 135 nəfər yaralanıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İdlibin Mülki Müdafiə İdarəsinin rəhbəri Hacı Yusuf məlumat verib.
Onun sözlərinə görə, dünən baş vermiş partlayışın səbəbləri hələ müəyyən edilməyib.
Yaralıların vəziyyəti ağırdır.