Çində koronavirusdan ölənlərin sayı artdı - YENİLƏNİB

Çində koronavirusdan ölənlərin sayı artdı - YENİLƏNİB Çində koronavirusdan ölənlərin sayı artıb.
Digər ölkələr
20 Fevral , 2020 06:20
Çində koronavirusdan ölənlərin sayı artdı - YENİLƏNİB

Çində koronavirusdan ölənlərin sayı artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 118 nəfərə çatıb. 

Bir gün ərzində virusdan 114 ölüm hadisəsi baş verib. Ölkə üzrə ümumilikdə 16 155 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Komitə qeyd edib ki, koronavirusa yoluxanların da sayı artır. 

Hazırda ölkədə 74 576 insan virusun daşıyıcısıdır. Virusa yoluxan 11 864 nəfərin vəziyyəti ağırdır. 

31 əyalətdə 56 303 nəfər müalicə alır. 


02:44***

Çinin Hubey əyalətində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir ki, əyalətdə yeni virusdan ölənlərin sayı 2 029 nəfərə, yoluxanların sayı 62 000 nəfərə yüksəlib.

Hubey əyalətində 108 yeni ölüm hadisəsi və virusa 349 yoluxma qeydə alınıb.

Xəstəxanalarda 43 000 nəfər müalicə alır, 9 000 nəfərdən çoxunun vəziyyəti isə ağır qiymətləndirilir.

Yenilənmiş məlumatlara görə, Hubey üzrə koronavirusdan rəsmi ölüm nisbəti 3,11 faizdən 3, 27 faizə qalxıb.

Bununla yanaşı, virusdan sağalanların da sayı artaraq 10 300 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi