Yuxarı

Honkonq parlamentinin iclasları təxirə salınıb

Honkonq parlamentinin iclasları təxirə salınıb
© Reuters

Honkonq Qanunvericilik Şurasının (parlament) iclasları təxirə salınıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Ölkə parlamenti yerləşdiyi binanın iyulun 1-də ekstradisiya ilə bağlı qanuna dəyişikliklərin nəzərdən keçirilməsinə qarşı çıxanlar tərəfindən hücuma məruz qalmasını pisləyib. 

Katiblik və Memarlıq Departamenti dəymiş zərərin hərtərəfli yoxlanmasını aparacaq və xüsusi komissiyaya hesabat təqdim edəcək. Hazırkı məlumata görə, binanın elektrik təchizatı və yanğın təhlükəsizliyi sistemində problemlər yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi