Honduras prezidentinin bacısı vertolyot qəzasında həlak olub - FOTO

Honduras prezidentinin bacısı vertolyot qəzasında həlak olub - FOTO Bakı. 17 dekabr. REPORT.AZ/ Hondurasın mərkəzi hissəsində göyərtəsində 6 nəfərin olduğu vertolyot qəzaya uğrayıb.
Digər ölkələr
17 Dekabr , 2017 03:28
Honduras prezidentinin bacısı vertolyot qəzasında həlak olub - FOTO
Tosyiad.org

Bakı. 17 dekabr. REPORT.AZ/ Hondurasın mərkəzi hissəsində göyərtəsində 6 nəfərin olduğu vertolyot qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Heraldo" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, vertolyotda prezident Xuan Orlando Ernandesin bacısı İlda Ernandes də olub. Yüngül "Eurocopter AS350" vertolyotu Mərkəzi Amerika ölkəsinin Hərbi Hava Qüvvələrinə məxsus olub. Vertolyotun Fransisko-Morasan departamentində qəzaya uğradığı qeyd edilir.

TASS agentliyi isə "Prensa" qəzetinə istinadən Hərbi Hava Qüvvələrinə hər hansı fövqəladə hadisə barədə məlumat daxil olmadığını bildirib. Güman edilir ki, pilot pis hava şəraiti səbəbindən məcburi eniş edib.

Vertolyotun axtarışına 6 helikopter, ordu və polis bölmələri cəlb edilib.

Son xəbərlər

Orphus sistemi