Hollandiya polisi türkiyəli nazirdən ölkəni tərk etməsini istəyib

Hollandiya polisi türkiyəli nazirdən ölkəni tərk etməsini istəyib Kaya öz xalqı ilə 5 dəqiqə danışmaq istədiyini xahiş etsə də, rədd cavabı alıb
Digər ölkələr
12 Mart , 2017 03:09
Hollandiya polisi türkiyəli nazirdən ölkəni tərk etməsini istəyib

Bakı. 12 mart. REPORT.AZ/ Niderland polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Bingöl Sayan Kayadan ölkəni tərk etməsini istəyib.

“Report” xəbər verir ki, bu barədə Niderland Teleradioyayım Korporasiyası (NTK) məlumat yayıb.

"Hüquq-mühafizə orqanları əməkdaşları nazirdən qısa yol ilə polis avtomobillərinin müşayiəti altında Almaniyaya geri dönməsini xahiş ediblər", - deyə telekanal qeyd edib və asayiş keşikçilərinin nazirlə türk dilində danışmalarına diqqət çəkib.

Kaya öz xalqı ilə 5 dəqiqə danışmaq istədiyini xahiş etsə də, rədd cavabı alıb və avtomobilinə geri dönüb.

Son xəbərlər

Orphus sistemi