Bakı. 12 mart. REPORT.AZ/ Niderland polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Bingöl Sayan Kayadan ölkəni tərk etməsini istəyib.
“Report” xəbər verir ki, bu barədə Niderland Teleradioyayım Korporasiyası (NTK) məlumat yayıb.
"Hüquq-mühafizə orqanları əməkdaşları nazirdən qısa yol ilə polis avtomobillərinin müşayiəti altında Almaniyaya geri dönməsini xahiş ediblər", - deyə telekanal qeyd edib və asayiş keşikçilərinin nazirlə türk dilində danışmalarına diqqət çəkib.
Kaya öz xalqı ilə 5 dəqiqə danışmaq istədiyini xahiş etsə də, rədd cavabı alıb və avtomobilinə geri dönüb.