Yuxarı

Hindistanda qum fırtınasında 18 nəfər ölüb

​Hindistanda qum fırtınasında 18 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatının qərb hissəsində tüğyan edən güclü qum fırtınası zamanı azı 18 nəfər ölüb və azı 20 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə xidmətləri məlumat verib.

Məlumata görə, ölümlərin əksəriyyəti şimşək çaxması və güclü küləyə görə ağacların kökündən qoparaq düşməsi nəticəsində olub. Əlverişsiz hava şəraiti səbəbilə ştatın bu hissəsində evlərin bir hissəsi elektrik enerjisisiz qalıb, hazırda bölgədə bərpa işləri aparılır.

Amma Hindistan Meteorologiya Departamentindən bildiriblər ki, Uttar-Pradeşdə şimşəklə müşayiət olunan güclü qum fırtınaları hələ azı üç gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi