Hindistanda qatarlar karantin xəstəxanasına çevrildi

Hindistanda qatarlar karantin xəstəxanasına çevrildi Hindistan hökuməti koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlərini davam etdirir.
Digər ölkələr
6 Aprel , 2020 13:43
Hindistanda qatarlar karantin xəstəxanasına çevrildi

Hindistan hökuməti koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlərini davam etdirir. 

“Report”un “Aksam”a istinadən məlumatına görə, Hindistanın dəmiryolları və ticarət naziri Piyuş Goyal bildirib ki, qatar vaqonları karantin xəstəxanalarına çevrilib.

Onun sözlərinə görə, səyyar xəstəxana əhaliyə dərman preparatları paylayacaq, habelə xəstələri karantində saxlayacaq.

Qeyd edək ki, Hindistanda son sutkada 700 nəfər koronavirusa yoluxub. Bununla da infeksiya daşıyıcılarının sayı 4 067-yə çatıb. Bir gündə 32 nəfər pandemiyanın qurbanı olub və ölənlərin sayı 109-a çatıb.

Son xəbərlər

Orphus sistemi