2025-ci ildə Bundestaqda keçiriləcək seçkilərdə kansler postuna namizəd Xristian Demokrat İttifaqının lideri Fridrix Merts olacaq.
"Report" Almaniya KİV-inə istinadən xəbrər verir ki, bunu Bavariyanın Baş naziri və Xristian Sosial Birliklərinin lideri Markus Zyoder deyib.
“Almaniya kansleri vəzifəsinə namizədlik məsələsi qəbul edilib. Fridrix Merts bununla məşğul olacaq”, - o bildirib.