Bakı. 20 oktyabr. REPORT.AZ/ Hindistanın Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanlarına istinadən "Sinhua" məlumat yayıb.
"Hazırda 61 nəfər, o cümlədən qadınlar və uşaqlar ölüb və 72 nəfər yaralanıb, onlar xəstəxanalara yerləşdiriliblər", - deyə agentlik yerli məmurun sözlərini sitat gətirib.
***19:35
Bakı.
19 oktyabr. REPORT.AZ/ Hindistanda qatar dəmir yolunun üstündə toplaşan izdihamı əzib.
“Report” “Economic Times” nəşrinə istinadən xəbər verir ki, hadisə Pəncab ştatındakı Əmritsar şəhəri
yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində 50 nəfərdən çox insanın öldüyü bildirilir.
Faciəyə səbəb kimi hinduistlərin qədim Dəşəhra bayramı münasibətilə xeyli sayda sakinin ənənəyə uyğun olaraq müqəvvalar yandırmaq üçün dəmir yolu üzərinə toplaşması göstərilib.
#Punjab: An eyewitness says, a train travelling at a fast speed ran over several people during Dussehra celebrations, in Choura Bazar near #Amritsar (ANI) pic.twitter.com/v2BJbDdnT9