Hindistanda qarşıdurmalarda ölən və yaralananlar var

Hindistanda qarşıdurmalarda ölən və yaralananlar var Hindistanın paytaxtı Nyu-Dehlidə Vətəndaşlıq haqqında qanuna etiraz olaraq keçirilən aksiyalarda 5 nəfər ölüb.
Digər ölkələr
25 Fevral , 2020 09:41
Hindistanda qarşıdurmalarda ölən və yaralananlar var
google.az

Hindistanın paytaxtı Nyu-Dehlidə "Vətəndaşlıq haqqında" qanuna etiraz olaraq keçirilən aksiyalarda 5 nəfər ölüb.

“Report” “Hindu”ya istinadən xəbər verir ki, qarşıdurmada 50 nəfərdən çox yaralanan var.

Zərərçəkmişlərin çoxu daş zərbələrindən və yanıq xəsarəti alıblar.

Ölənlərdən biri polis əməkdaşıdır.

Qeyd edək ki, Hindistan parlamentinin qəbul etdiyi qanuna əsasən, qonşu Əfqanıstan, Pakistan və Banqladeşdəki qeyri-müsəlman miqrantlar Hindistan vətəndaşlığını sadələşdirilmiş prosedur çərçivəsində ala biləcəklər.

Son xəbərlər

Orphus sistemi