Hindistanda avtobus çaya yuvarlanıb, on nəfər ölüb

Hindistanda avtobus çaya yuvarlanıb, on nəfər ölüb Təxminən 25 yaralı yaxınlıqdakı xəstəxanalara çatdırılıb
Digər ölkələr
27 Mart , 2017 09:32
Hindistanda avtobus çaya yuvarlanıb, on nəfər ölüb
Courtesy İmage

Bakı. 27 mart. REPORT.AZ/ Hindistan Manipur ştatında avtobusun qəzaya düşməsi nəticəsində azı 10 nəfər həlak olub, 25 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.

İnsident Senapati rayonunda İmphal-Dimapur şosesində baş verib. Avtobus İmphaldan 65 km məsafədə yol boyunca axan çaya yuvarlanıb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Polis ölənlərin sayının arta biləcəyini bildirib. Belə ki, yaralıların çoxu kritik vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi