Yuxarı
    Bağlamaq

    Hindistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

    Bakı. 4 noyabr. REPORT.AZ/ Hindistanda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli PTI agentliyi məlumat yayıb.

    Məlumata görə, hadisə ölkənin şimalında, Sonipat şəhərində qeydə alınıb. Yük avtomobilinin minik maşını və digər avtomobillə toqquşması nəticəsində azı 12 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Sonipat şəhərinin polis bölməsinin rəisi Pratikş Qodar məlumatı təsdiqləyib.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb, nəqliyyat vasitəsi isə polis tərəfindən müsadirə edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi