Hindistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Hindistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var Bakı. 4 noyabr. REPORT.AZ/ Hindistanda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Digər ölkələr
4 Noyabr , 2018 20:38
Hindistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. 4 noyabr. REPORT.AZ/ Hindistanda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli PTI agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalında, Sonipat şəhərində qeydə alınıb. Yük avtomobilinin minik maşını və digər avtomobillə toqquşması nəticəsində azı 12 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Sonipat şəhərinin polis bölməsinin rəisi Pratikş Qodar məlumatı təsdiqləyib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb, nəqliyyat vasitəsi isə polis tərəfindən müsadirə edilib. 

Son xəbərlər

Orphus sistemi