Yuxarı

Hindistan ordusu Kəşmirdə Pakistanın mövqeyinə zərbə endirib

Pakistan Hindistan tərəfini atəşkəs rejimini pozmaqda ittiham edib

Bakı. 23 fevral. REPORT.AZ/ Hindistan hərbçiləri cümə axşamı Kəşmirin Mendhar sektorunda Pakistan ordusunun postunu məhv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü NDTV telekanalı məlumat yayıb.

Hindistan tərəfi iddia edir ki, bu addım Pakistanın atəşkəsi pozmasına cavab olaraq atılıb.

Öz növbəsində, "India Today" qəzeti ordudakı mənbələrə istinadən yazır ki, bu, son vaxtlar hind hərbçiləri tərəfindən məhv edilən Pakistana məxsus üçüncü blok-postdur. Həmçinin qeyd olunur ki, bu həftə Pakistanın həm də Hacipir və Tanqdhar rayonlarındakı postları hindlilər tərəfindən pulemyot və qumbaraatanlardan istifadə edilməklə atəşə tutulub. Nəticədə Pakistanın bir neçə hərbçisi həlak olub.

Bundan əvvəl Pakistanın Xarici İşlər Nazirliyi Hindistan tərəfini atəşkəs rejimini pozmaqda ittiham edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi