Haitidəki tropik fırtınalar nəticəsində ən az 5 adam ölüb

Haitidəki tropik fırtınalar nəticəsində ən az 5 adam ölüb Karibin ən böyük adalarından biri olan Haitidə baş verən tropik fırtınalar nəticəsində ən az 5 adam ölüb.
Digər ölkələr
4 İyul , 2019 05:18
Haitidəki tropik fırtınalar nəticəsində ən az 5 adam ölüb

Karibin ən böyük adalarından biri olan Haitidə baş verən tropik fırtınalar nəticəsində ən az 5 adam ölüb. 

"Report" xəbər verir ki, bu barədə Frans-Press Agentliyinə yerli xilasetmə xidmətlərinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ölkənin paytaxtı Port-o-Prensedə iki nəfər həlak olub, xilasedicilər paytaxtın yaxınlığında "Siti Soley" şəhərində üç yerli sakinin cəsədlərini tapıblar.

Port-o-Prens şəhərinin yaxınlığında yerləşən evlərə ciddi ziyan dəyib. Nəticədə təxminən on nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Haiti paytaxtının üç sakini hələ də itkin düşüblər.

Son xəbərlər

Orphus sistemi