Yuxarı

Kerç boğazında gəmilərdə yanğın zamanı Türkiyənin 4 vətəndaşı həlak olub

Hadisə zamanı Türkiyənin 8 vətəndaşı xilas edilib
© Следственный комитет РФ

Bakı. 23 yanvar. REPORT.AZ/ Kerç boğazında iki gəmidə baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı həlak olub.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, hadisə zamanı Türkiyənin 8 vətəndaşı xilas edilib, daha 4 nəfər itkin düşüb.

Xatırladaq ki, Tanzaniya bayrağı altına üzən "Kandi" və  "Maestro" gəmilərində yanğın olub. İlkin məlumata görə, hadisə yanacağın gəmilərin birindən digərinə ötürülməsi zamanı baş verib.

Hadisə zamanı hər iki gəmidə 32 nəfər olub. Onlardan 10-u itkin düşüb. Xilas edilmiş dənizçilər Kerç limanına çatdırılıblar.

Daha əvvəl bildirilirdi ki, Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi