Haaqa tribunalında barəsində hökm oxunan general qərarı eşitdikdən sonra zəhər içib - FOTO - VİDEO

Haaqa tribunalında barəsində hökm oxunan general qərarı eşitdikdən sonra zəhər içib - FOTO - VİDEO Məhkəmə Slobodan Pralyak barəsində çıxardığı hökmü dəyişməz saxlayıb
Digər ölkələr
29 Noyabr , 2017 15:54
Haaqa tribunalında barəsində hökm oxunan general qərarı eşitdikdən sonra zəhər içib - FOTO - VİDEO

Bakı. 29 noyabr. REPORT.AZ/ Niderlandın Haaqa şəhərində keçmiş Yuqoslaviya işi üzrə beynəlxalq tribunalın iclasında xorvatiyalı general Slobodan Pralyak Apellyasiya Məhkəməsi tərəfindən onun barəsində hökm elan edildikdən sonra qərara etiraz olaraq zəhər içib.

"Report" BBC-yə istinadən xəbər verir ki, məhkəmə S.Pralyak barəsində çıxardığı hökmü dəyişməz saxlayıb.

Qeyd edək ki, noyabrın 29-da Haaqada 2013-cü ildə hərbi cinayətlərə görə məhkum edilmiş S.Pralyak və başqa beş Bosniya xorvatının şikayətinə baxılıb. O vaxt Pralyak 20 il həbs cəzasına məhkum edilmişdi.

Pralyakın zəhər içməsi barədə məlumat apellyasiya məhkəməsinin Bosniya xorvatlarının lideri Yadranko Prliç barəsində hökm çıxarmasından (25 illik həbs cəzası) az sonra yayılıb.

Bundan sonra məhkəmə dinləmələri dayandırılıb. Pralyakın səhhəti barədə heç bir məlumat verilmir.

Xatırladaq ki, Pralyak və Prliç 1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra yaradılan tanınmamış Hertseq-Bosna Xorvat Respublikasının liderləri olublar. Onlar bosniyalı müsəlmanlara qarşı hərbi cinayətlərdə təqsirli biliniblər.

Son xəbərlər

Orphus sistemi