Yuxarı

Gürcüstan Ukraynanın şərqində keçirilən seçkiləri tanımadığını bəyan edib

Gürcüstan Ukraynanın şərqində keçirilən seçkiləri tanımadığını bəyan edib
Bu seçkilər Donetsk və Luqansk vilayətində yaranmış vəziyyətin sülh yolu ilə həll edilməsinə mane olur

Bakı. 3 noyabr. REPORT.AZ/ Gürcüstan Xarici İşlər Naziri (XİN) noyabrın 2-də Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazilərdə keçirilən seçkiləri tanımadığını bildirib.

"Report"un "Georgia Online" portalına istinadən verdiyi məlumata görə, Gürcüstan XİN-in bununla bağlı yaydığı bəyanatda deyilir ki, seçkilərin keçirilməsi beynəlxlaq normalara və Ukrayna qanunvericiliyinə ziddir.

"Bu seçkilər Donetsk və Luqansk vilayətində yaranmış vəziyyətin sülh yolu ilə həll edilməsinə mane olur", - deyə, Gürcüstan XİN-in bəyanatında deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi