Gürcüstan Ukraynanın şərqində keçirilən seçkiləri tanımadığını bəyan edib

Gürcüstan Ukraynanın şərqində keçirilən seçkiləri tanımadığını bəyan edib "Bu seçkilər Donetsk və Luqansk vilayətində yaranmış vəziyyətin sülh yolu ilə həll edilməsinə mane olur"
Digər ölkələr
3 Noyabr , 2014 18:57
Gürcüstan Ukraynanın şərqində keçirilən seçkiləri tanımadığını bəyan edib

Bakı. 3 noyabr. REPORT.AZ/ Gürcüstan Xarici İşlər Naziri (XİN) noyabrın 2-də Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazilərdə keçirilən seçkiləri tanımadığını bildirib.

"Report"un "Georgia Online" portalına istinadən verdiyi məlumata görə, Gürcüstan XİN-in bununla bağlı yaydığı bəyanatda deyilir ki, seçkilərin keçirilməsi beynəlxlaq normalara və Ukrayna qanunvericiliyinə ziddir.

"Bu seçkilər Donetsk və Luqansk vilayətində yaranmış vəziyyətin sülh yolu ilə həll edilməsinə mane olur", - deyə, Gürcüstan XİN-in bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi