G20 sammitinin ilk günü teatr tamaşası və şam yeməyi ilə başa çatıb

G20 sammitinin ilk günü teatr tamaşası və şam yeməyi ilə başa çatıb “Böyük iyirmilik” (G20) ölkələrinin liderləri həyat yoldaşları ilə birlikdə Yaponiyanın Osaka şəhərində keçirilən sammitin ilk gününün yekununda təntənəli şam yeməyinə qatılıblar.
Digər ölkələr
28 İyun , 2019 16:37
G20 sammitinin ilk günü teatr tamaşası və şam yeməyi ilə başa çatıb

“Böyük iyirmilik” (G20) ölkələrinin liderləri həyat yoldaşları ilə birlikdə Yaponiyanın Osaka şəhərində keçirilən sammitin ilk gününün yekununda təntənəli şam yeməyinə qatılıblar.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, G20-nin dövlət başçıları axşamı 16-cı əsrdə tikilmiş Osaka qəsri ərazisindəki qonaq evində keçirəcəklər.

Liderlər üçün xüsusi mədəniyyət proqramı hazırlanıb: yeməkdən əvvəl onlara məşhur aktyor Mansai Nomuranın ifasında Kyoqen Teatrının tamaşası nümayiş etdirilib.

Liderlərin həyat yoldaşları bu günü Yaponiyanın qədim paytaxtı və ölkənin ən məşhur turist şəhərlərindən biri olan Kiotoda keçiriblər. Dövlət başçıları rəqəmsal iqtisadiyyatı müzakirə edərkən və beynəlxalq problemlərin həlli ilə bağlı düşündükləri halda, onların arvadları və ərləri daha xoş işlərlə - nohurda çəki balıqlarını yemləməklə və çay mərasiminə qatılmaqla məşğul olublar.

“İyirmiliy”in xarici işlər nazirləri üçün ayrıca şam yeməyi təşkil edilib.

Son xəbərlər

Orphus sistemi