Lionda partlayış nəticəsində 6 nəfər yaralanıb

Lionda partlayış nəticəsində 6 nəfər yaralanıb Fransanın Lion şəhərində baş vermiş partlayış nəticəsində azı 6 nəfər yaralanıb.
Digər ölkələr
24 May , 2019 21:02
Lionda partlayış nəticəsində 6 nəfər yaralanıb

Fransanın Lion şəhərində baş vermiş partlayış nəticəsində azı 6 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Cnews" telekanalı məlumat yayıb.

Bəzi mətbu orqanlarının məlumatına görə, partlayış şəhərin mərkəzindəki piyada küçələrindən birində qeydə alınıb.

"Progres" qəzetinin yazdığına görə, partlayışa, ilkin məlumatlara görə, içərisində partlayıcı maddə olan bağlama səbəb olub.

"İlkin məlumata görə, partlayıcı maddə olan bağlama Lionun ikinci dairəsindəki Viktor Hüqo küçəsində partlayıb" çoxlu sayda yaralı var", - deyə nəşr yazır.

Son xəbərlər

Orphus sistemi