Yuxarı

Fransada naməlum şəxslər insanlara atəş açıb: ölən və yaralananlar var

Fransada naməlum şəxslər insanlara atəş açıb: ölən və yaralananlar var
Motosikllə hərəkət edən iki nəfər insanlara atəş atıblar
© Foto: AFP

Bakı. 4 iyul. REPORT.AZ/ Fransanın cənubundakı Tuluza şəhərində baş vermiş silahlı insident zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "France 3" telekanalı polisə istinadən məlumat yayıb.

Telekanalın ilkin məlumatına görə, motosikllə hərəkət edən iki nəfər bir qrup insana atəş atıb, bundan sonra isə gizləniblər.

Hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi