Fransada koronavirusa yoluxanların sayı 280 nəfəri ötdü

Fransada koronavirusa yoluxanların sayı 280 nəfəri ötdü Fransada koronavirusa yoluxma halları 212-dən bu gün 285-ə çatıb.
Digər ölkələr
5 Mart , 2020 04:35
Fransada koronavirusa yoluxanların sayı 280 nəfəri ötdü

Fransada koronavirusa yoluxma halları 212-dən bu gün 285-ə çatıb.

“Report”un Fransa bürosu xəbər verir ki, son bir həftə koronavirusa yoluxanların sayı 10 dəfə artıb. 

Bu gün yeni virusa yoluxma halları Fransa adalarından Gvadalupe və Guianada da qeydə alınıb. Koronavirusa yoluxanlardan 15-i hazırda ağır vəziyyətdə reanimasiyadadır. Bu günədək koronavirusdan ölkədə 4 nəfər həyatını dəyişib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bu gün ölkədə Covid-19 virusunu öyrənən aparıcı alimlərin və həkimlərin iştirakı ilə iclas keçirəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 82 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 380-ə çatıb. Bunların 51 317 nəfəri sağalıb, 3 221 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi