Fransanın səhiyyə naziri Anyes Büzen bəyan edib ki, Paris və Bordo şəhərlərində 2 koronavirus daşıyıcısı aşkarlanıb.
“Report” xəbər verir ki, Çinin Vuhan şəhərində olan 48 yaşlı şəxs yanvarın 23-də koronavirus simptomları ilə Bordoda həkimə müraciət edib.
Fransaya qayıtdıqdan sonra onun 12 nəfərlə kontaktda olduğu vurğulanıb. Həmin şəxs izolyasiya edilmiş otağa yerləşdirilib.
Parisdən olan pasiyent isə Bişa xəstəxanasına yerləşdirilib. Hər iki şəxs çinlidir.