Fransada iki nəfərdə koronavirus aşkarlanıb

Fransada iki nəfərdə koronavirus aşkarlanıb Fransanın səhiyyə naziri Anyes Büzen bəyan edib ki, Paris və Bordo şəhərlərində 2 koronavirus daşıyıcısı aşkarlanıb.
Digər ölkələr
25 Yanvar , 2020 02:30
Fransada iki nəfərdə koronavirus aşkarlanıb

Fransanın səhiyyə naziri Anyes Büzen bəyan edib ki, Paris və Bordo şəhərlərində 2 koronavirus daşıyıcısı aşkarlanıb.

“Report” xəbər verir ki, Çinin Vuhan şəhərində olan 48 yaşlı şəxs yanvarın 23-də koronavirus simptomları ilə Bordoda həkimə müraciət edib.

Fransaya qayıtdıqdan sonra onun 12 nəfərlə kontaktda olduğu vurğulanıb. Həmin şəxs izolyasiya edilmiş otağa yerləşdirilib.

Parisdən olan pasiyent isə Bişa xəstəxanasına yerləşdirilib. Hər iki şəxs çinlidir. 

Son xəbərlər

Orphus sistemi