Yuxarı

Fransada II Dünya müharibəsinin başa çatmasının ildönümü qeyd olunub

​Fransada II Dünya müharibəsinin başa çatmasının ildönümü qeyd olunub

Fransada II Dünya müharibəsinin başa çatmasının 74-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, əvvəlcə Fransa prezidenti Emmanuel Makron Klemanso meydanında yerləşən general Şarl de Qolun heykəli önünə əklil qoyub.

Daha sonra dövlət başçısı Yelisey çöllərinə Zəfər Tağınadək gedərək naməlum əsgərin məzarı üzərinə əklil qoyub və məşəli yandırıb. Onu Fransanın baş naziri Eduar Filip, Milli Assambleyanın prezidenti Rişar Ferrand və Senatın prezidenti Jerar Larşe müşayiət ediblər. Mərasimdə Fransanın keçmiş prezidentləri Nokola SarkoziFransua Olland, həmçinin Şarl de Qolun nəvəsi də iştirak edib.

Tədbirdə Fransanın dövlət himni səsləndirilib, II Dünya müharibəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, Yelisey çöllərində yerləşən naməlum əsgərin məzarı üzərindəki abidə 2018-ci il dekabrın 1-də "sarı jiletlilər"in aksiyası zamanı dağılmışdı. Abidə yenidən bərpa olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi