Fransada daşqınlar iki nəfərin ölümünə səbəb olub

Fransada daşqınlar iki nəfərin ölümünə səbəb olub Leysan yağışları Tuluz şəhəri yaxınlığından axan Lez çayının daşmasına səbəb olub
Digər ölkələr
24 Avqust , 2015 07:02
Fransada daşqınlar iki nəfərin ölümünə səbəb olub

Bakı. 24 avqust. REPORT.AZ/ Fransa yağan leysan yağışları nəticəsində yaranan güclü sel iki nəfərin ölümünə səbəb olub.

"Report" xarici KİV-lərə istinadla xəbər verir ki, leysan yağışları Tuluz şəhəri yaxınlığından axan Lez çayının daşmasına səbəb olub.

Şəhərin bir çox küçələri su altında qalıb. Şəhərdəki tramvaylar fəaliyyətlərini dayandırıb.

Kəskin hava şəraiti Nim və Monpelye stansiyalarında qatarların hərəkətinin dayandırılmasına səbə olub. Ölkənin beş cənub departamentində leysan və daşqınla bağlı xəbərdarlıq yayılıb.

Son xəbərlər

Orphus sistemi