Yuxarı

Fransada bir gündə 800 nəfər koronavirusdan öldü

​Fransada bir gündə 800 nəfər koronavirusdan öldü

709

Fransada koronavirusa yoluxanların sayı 98 010 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Olivye Veran deyib.

Onun sözlərinə görə, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 8 911 nəfər təşkil edib.

Belə ki, son 24 saat ərzində ölkədə 800 nəfər pandemiyanın qurbanı olub.

Nazir əlavə edib ki, vəziyyəti ağır olan 7 072 nəfər reanimasiya şöbəsindədir.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi