Bakı. 2 İyul. REPORT.AZ/. İran və "altılıq" ölkələri arasındakı danışıqlarda bəzi maddələr üzrə irəliləyiş yoxdur. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Laurent Fabius "Koburq" hotelinə gəldiyi zaman bildirib.
"Elə maddələr var ki, onlarla bağlı irəliləyiş əldə edə bilmişik və elə maddələr də var ki, hələlik onlarla bağlı tərəqqi yoxdur", - nazir bildirib.
"Biz irəliləyişə ümid edirik və işimizə davam edəcəyik", - o əlavə edib.
Fabiusun sözlərinə görə, bu gün nazirlər razılaşma üzərindəki işin hansı mərhələdə olduğunu müəyyənləşdirməyə çalışacaqlar.