​Fransa XİN rəhbəri: İran və "altılıq" arasındakı danışıqlarda bəzi maddələr üzrə irəliləyiş yoxdur

​Fransa XİN rəhbəri: İran və "altılıq" arasındakı danışıqlarda bəzi maddələr üzrə irəliləyiş yoxdur Fabiusun sözlərinə görə, bu gün nazirlər razılaşma üzərindəki işin hansı mərhələdə olduğunu müəyyənləşdirməyə çalışacaqlar
Digər ölkələr
2 İyul , 2015 17:22
​Fransa XİN rəhbəri: İran və altılıq arasındakı danışıqlarda bəzi maddələr üzrə irəliləyiş yoxdur

Bakı. 2 İyul. REPORT.AZ/. İran və "altılıq" ölkələri arasındakı danışıqlarda bəzi maddələr üzrə irəliləyiş yoxdur. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Laurent Fabius "Koburq" hotelinə gəldiyi zaman bildirib.

"Elə maddələr var ki, onlarla bağlı irəliləyiş əldə edə bilmişik və elə maddələr də var ki, hələlik onlarla bağlı tərəqqi yoxdur", - nazir bildirib.

"Biz irəliləyişə ümid edirik və işimizə davam edəcəyik", - o əlavə edib.

Fabiusun sözlərinə görə, bu gün nazirlər razılaşma üzərindəki işin hansı mərhələdə olduğunu müəyyənləşdirməyə çalışacaqlar. 

Son xəbərlər

Orphus sistemi