Yuxarı

Fransa vətəndaşlarını Uhan şəhərindən çıxarmağı planlaşdırır

Fransa vətəndaşlarını Uhan şəhərindən çıxarmağı planlaşdırır

50

Fransanın Avropa və Xarici İşlər Nazirliyi koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) görə karantin elan olunan Çinin Uhan şəhərindən ölkə vətəndaşlarını evakuasiya etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Jan-İv le Drian bəyan edib. 

Onun sözlərinə görə, şəhəri tərk etmək istəyən Fransa vətəndaşları nəqliyyat vasitəsi ilə təmin ediləcək:

“Uhandakı Baş Konsulluq, şəhəri tərk etmək istəyən Fransa vətəndaşlarına yerli hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində avtobus xidməti təşkil etməyi planlaşdırır” - deyə XİN rəhbəri əlavə edib.

Nazir bildirib ki, artıq evakuasiya şəhər rəhbərliyi ilə razılaşdırılıb və bununla bağlı Fransa vətəndaşları üçün “qaynar xətt” yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi