Fransa vətəndaşlarını Uhan şəhərindən çıxarmağı planlaşdırır

Fransa vətəndaşlarını Uhan şəhərindən çıxarmağı planlaşdırır Fransanın Avropa və Xarici İşlər Nazirliyi koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) görə karantin elan olunan Çinin Uhan şəhərindən ölkə vətəndaşlarını evakuasiya etməyi planlaşdırır.
Digər ölkələr
25 Yanvar , 2020 06:13
Fransa vətəndaşlarını Uhan şəhərindən çıxarmağı planlaşdırır

Fransanın Avropa və Xarici İşlər Nazirliyi koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) görə karantin elan olunan Çinin Uhan şəhərindən ölkə vətəndaşlarını evakuasiya etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Jan-İv le Drian bəyan edib. 

Onun sözlərinə görə, şəhəri tərk etmək istəyən Fransa vətəndaşları nəqliyyat vasitəsi ilə təmin ediləcək:

“Uhandakı Baş Konsulluq, şəhəri tərk etmək istəyən Fransa vətəndaşlarına yerli hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində avtobus xidməti təşkil etməyi planlaşdırır” - deyə XİN rəhbəri əlavə edib.

Nazir bildirib ki, artıq evakuasiya şəhər rəhbərliyi ilə razılaşdırılıb və bununla bağlı Fransa vətəndaşları üçün “qaynar xətt” yaradılıb. 

Son xəbərlər

Orphus sistemi