​Fransa Suriyada İŞİD-ə zərbələr endirilməsi imkanlarını nəzərdən keçirir

​Fransa Suriyada İŞİD-ə zərbələr endirilməsi imkanlarını nəzərdən keçirir Bu imkanlar prezident Fransua Olandın dar tərkibdə keçirdiyi Müdafiə Şurasının iclasında müzakirə olunub
Digər ölkələr
5 Sentyabr , 2015 16:45
​Fransa Suriyada İŞİD-ə zərbələr endirilməsi imkanlarını nəzərdən keçirir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Fransa Suriyadakı "İslam dövləti" yaraqlılarının mövqelərinə zərbələr endirilməsi imkanlarını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə Fransanın "Monde" qəzeti "yüksək səviyyəli hərbi mənbələrə" istinadən yazır.

Bu imkanlar prezident Fransua Olandın Suriya böhranının həlli yollarına dair sentyabrın 4-də dar tərkibdə keçirdiyi Müdafiə Şurasının iclasında müzakirə olunub.

Bu vaxta qədər Fransanın Suriyada İŞİD-ə qarşı əməliyyatlarda iştirakı tamamilə istisna olunurdu.  Qəzet bildirir ki, ölkə rəhbərliyi "hökumətdə hadisələrin belə inkişafını araşdırır". 

Son xəbərlər

Orphus sistemi