Yuxarı
    Bağlamaq

    ​Fransa Suriyada İŞİD-ə zərbələr endirilməsi imkanlarını nəzərdən keçirir

    Bu imkanlar prezident Fransua Olandın dar tərkibdə keçirdiyi Müdafiə Şurasının iclasında müzakirə olunub

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Fransa Suriyadakı "İslam dövləti" yaraqlılarının mövqelərinə zərbələr endirilməsi imkanlarını nəzərdən keçirir.

    "Report" xəbər verir ki, bu barədə Fransanın "Monde" qəzeti "yüksək səviyyəli hərbi mənbələrə" istinadən yazır.

    Bu imkanlar prezident Fransua Olandın Suriya böhranının həlli yollarına dair sentyabrın 4-də dar tərkibdə keçirdiyi Müdafiə Şurasının iclasında müzakirə olunub.

    Bu vaxta qədər Fransanın Suriyada İŞİD-ə qarşı əməliyyatlarda iştirakı tamamilə istisna olunurdu.  Qəzet bildirir ki, ölkə rəhbərliyi "hökumətdə hadisələrin belə inkişafını araşdırır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi