Fransa Prezidenti hökumətin tərkibində dəyişiklik edib

Fransa Prezidenti hökumətin tərkibində dəyişiklik edib Bakı. 16 oktyabr. REPORT.AZ/ Fransa Prezidenti Emanuel Makron hökumətin tərkibini yeniləyib.
Digər ölkələr
16 Oktyabr , 2018 13:14
Fransa Prezidenti hökumətin tərkibində dəyişiklik edib
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ Fransa Prezidenti Emanuel Makron hökumətin tərkibini yeniləyib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, aparılan kadr dəyişiklikləri arasında iqtidardakı “Respublika yürüşdə” Partiyasının lideri və dövlət başçısının silahdaşı Kristof Kastanerin daxili işlər naziri vəzifəsinə təyin olunması daha çox əks-səda doğurub. 

Bununla yanaşı, millət vəkili Frank Rister mədəniyyət naziri, Senatda iqtidar partiyası qrupunun lideri Didye Giyom da kənd təsərrüfatı naziri təyin olunub. Maliyyə naziri Brüno le Mer və xarici işlər naziri Jan İv le Drian vəzifələrində qalıblar.

Son xəbərlər

Orphus sistemi